"İran İsrailə qarşı ikinci cəbhə açmaq istəyir" - Coşua Zarka 

11:00 16.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yüksək rütbəli israilli rəsmi İranı İsrailin Qəzza zolağında əks-hücumlarını gücləndirdiyi bir vaxtda Suriyadan və ya Suriya ərazisindən keçməklə ikinci müharibə cəbhəsi açmağa çalışmaqda ittiham edib.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, İsrail Xarici İşlər Nazirliyinin Strateji Məsələlər Departamentinin rəhbəri Coşua Zarka sosial media platforması X-də belə bir ssenari təklif edən yazıya cavab verib. Yazıda ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Coel Rayburn deyib: “İsrailin Dəməşq və Hələb hava limanlarını sıradan çıxarmaq üçün təkrar hücumları, fikrimcə, 1) İran rejiminin strateji silahları daşımağa çalışdığının güclü göstəricisidir. Suriyada şimal cəbhəsi açılacaq. 2) İsraillilər bunun qarşısını almaqda qərarlıdırlar".

İsrail rəsmisi Zarka buna cavab verib və “1. Onlar (iranlılar) belədirlər. 2. Biz də (İsraillilər). beləyik və bunun qarşısını almağa qərarlıyıq" deyə yazıb.

Bu arada, İranın BMT-dəki missiyası xəbərdarlıq edib ki, İsrailin Həmasın nəzarətində olan Qəzzadakı müharibəni dərhal dayandırılmasa, vəziyyət nəzarətdən çıxa və genişmiqyaslı nəticələrə gətirib çıxara bilər.